Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Həsənriz kəndinin “rəhbəri” Vardan Qriqoryan məlumat verib.
Onun sözlərinə görə, ölən hərbi qulluqçu 15 il əvvəl bu kəndə gəlib.
“Burada yaşayırlar, evləri yoxdur, başqasının evində qalırlar, maddi cəhətdən təminatsız vəziyyətdədirlər. Bir on beş gün əvvəl yanıma gəlmişdi, bu il onların əmlak məsələsini həll etməli idik”,- deyə Qriqoryan bildirib.
Nalbandyan evli idi, 4 azyaşlı uşaq atası idi.
“2 oğlu, 2 qızı var. Böyüyün 10, kiçiyin 3 yaşı var”, - deyə Vardan Qriqoryan bildirib.
O qeyd edib ki, ailənin kənddə qohumu yoxdur, Arturun valideynləri isə ölüblər.
Alpər Mövludoğlu
Ordu.az