Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu rus siyasi analitik Aleksey Malaşenko Rusiya Xarici İşlər Nazirliyinin ötən il Dağlıq Qarabağ münaqişəsinin həllində qeydə alınmış inkişaflarla bağlı mövqeyinə toxunarkən deyib.
Malaşenko bildirib ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov irəliləyiş deməklə Rusiyanın səyləri sayəsində ötən il öz məqsədinə çatmış iki razılaşmanı nəzərdə tutub.
“Bunlardan sonuncusu jurnalist mübadiləsi, birincisi isə hərbi əsirlərin geri qaytarılması idi. Bu razılaşmaları ötən il Lavrovun vasitəçiliyi ilə Moskvada təşkil olunmuş nazir görüşündən sonra həyata keçirmək mümkün olub. Bəyanatdan məlum olur ki, Moskva Düşənbə razılaşmalarına da əhəmiyyət verir. Lakin Bratislavadakı Məmmədyarov-Mnatsakanyan görüşündən sonra məlum olduğu kimi, orjinal danışıqlar prosesində irəliləyiş yoxdur. Yəni, düşünmürəm ki, Moskva hansısa yeni qeyd edib”, - deyə rus siyasi analitik bildirib.
Alpər Mövludoğlu
Ordu.az