Erməni əsgər atasından etiraz: “Oğluma bir şey göndərmək istəyirdim, indi nə edim, necə göndərim”
Oxunub: 15436
16:21
14 Noyabr 2019
Ermənistanın hökumət binası yaxınlığında cəzaçəkmə müəssisələrindən azad olunan məmurlar tərəfindən etiraz aksiyası keçirilir.
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, etirazçılardan biri köhnə qaydaya əsasən Armavir Cəzaçəkmə Müəssisəsində xidmət etdiyini, xidmətə qəbul olunduqda 55 yaşına qədər xidmət edə biləcəyini, ancaq nədənsə işdən çıxarıldığını söyləyib.
Aksiya iştirakçıları Ermənistan Ədliyyə Nazirliyinin mətbuat katibindən onların işinin nə yerdə olması barədə sorğusuna bu barədə bazarertəsi günü məlumat veriləcəyini bildiriblər.
“55 yaşınadək xidmət etmək hüququmuz vardı. Yetkinlik yaşına çatmayan iki uşağım var. İstəyimiz məsələnin həll edilməsidir”, - deyə iştirakçılardan biri qeyd edib.
Etirazçılardan biri deyib ki, Ədliyyə naziri onların işdən azad edilməsinin səbəbini aydın şəkildə deyə bilər.
Abovyan Cəzaçəkmə müəssisəsində işləyən digər şikayətçi isə bildirib ki, 55 yaşınadək xidmət edə bilərdilər.
“Cənab Paşinyanın oğlu ilə bərabət mənim oğlumda orduya hərbi xidmətə yollanıb. Hər ikisinin xidmət müddətinin başa çatmasına 6 ay qalıb. Oğlum zəng edib soruşur ki, nə oldu, mən indi oğluma nə cavab verim? İndi valideyn olaraq, oğluma bir şey göndərmək istəyirdim, indi nə edim necə göndərim”, - deyə aksiya iştirakçısı narazılığını ifadə edib.