Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə birliyin yaydığı açıqlamada bildirilib.
Məlumata görə, yürüşün məqsədi Ermənistanın milli dəyərlərini təhdid edən şəxslər barədə Paşinyanı xəbərdar etməkdir.
“Ermənistanın ali hakimiyyət orqanı nümayəndələri olaraq erməni tarixinə, erməni dilinə, erməni mədəniyyətinə və şərəfli ideologiyasına təhdid olan şəxslərin idarəetmə isistemindən təmizlənməsini tələb edəcəyik. Hakimiyyət daxilində anti-erməni və dəyərləri məhv edən şəxslərin olduğu heç kimə sirr deyil. Yeni hakimiyyəti bu barədə dəfələrlə xəbərdar etmişik, ancaq heç bir dəyişiklik yoxdur. Üstəlik, həmcinslilərin himayədarları daha da fəallaşıb, LGTB-lər üçün yeni yığıncaqlar, yerlər təşkil edilir, məktəblərdə cinsi azlıqlar barədə dərs keçməyi planlaşdırırlar. Buna bənzə çox şey sadalamaq olar.
Bu cür baxışlara sahib olan bir vətənlərinin olmadığını qeyd edirlər. Bu yürüşün siyasi xarakter daşımadığı vurğulanıb. Öz dəyərlərimiz naminə özümüz mübarizə aparırıq, yeni hakimiyyətə vətəndaşın tələbini saxta və keçmiş talançıları manipulyasiya edərək, öz hakimiyyəti daxilindəki qeyri milli şəxslərin atdıqları addımlarının gizlədilməsinə yol verilməyəcək. Ləyaqətli şəxsləri, döyüş postlarında xidmət etmiş, sərhədləri qoruyan gənclərə çağırış edərək, ölkəmizdə çirkli dəyərlərə və çirkli mədəniyyətə yer olmadığını birgə sübut etməyə dəvət edirik. Erməni dili və mədəniyyətinin bizim üçün müqəddəs olduğunu da sübut etməliyik”, - deyə birliyin açıqlamasında qeyd olunub.
Alpər Mövludoğlu
Ordu.az