Ermənistanın KTMT-də daimi nümayəndəsinin pul vəsaitləri nə qədər azalıb?

2019/02/CISO--1551080488.jpg
Oxunub: 11428     16:19     13 Noyabr 2019    
“Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında daimi və səlahiyyətli nümayəndəsi Viktor Biyaqov 2018-ci ildə əldə etdiyi gəlirləri, həmçinin pul vəsaitləri ilə bağlı məlumatları təqdim edib”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın Yüksək Vəzifəli Şəxslərin Etika Komissiyasının saytında məlumat verilib.

Komissiyanın rəsmi saytında nəşr olunmuş məlumatlara əsasən, Viktor Biyaqovun pul vəsaitləri 2018 vergi ilinin əvvəlində 900 ABŞ dolları və 500 avro təşkil edib.

2018 vergi ilinin sonunda onun pul vəsaitləri azalaraq 500 ABŞ dolları və 250 avro təşkil edib.

Rəsmi şəxsin Ermənistan dramı ilə qazandığı gəlirlərin məbləği 2018-ci ildə təxminən 11 464 erməni dramı təşkil edib ki, bu da verilmiş kreditlər qarşılığında alınmış faiz və digər ödəmələrdən irəli gəlir.

Viktor Biyaqovun maaşdan əldə etdiyi gəlir 3480 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Biyaqov 2018-ci ilin noyabrında Ermənistanın KTMT-dəki daimi nümayəndəsi təyin olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   KTMT  


Bizi "telegram"da izləyin