Erməni politoloq: “Cəmiyyət dəyişiklik istəyirdi, Nikolu yox”

2019/10/KMO_0-1571999148.jpg
Oxunub: 7780     10:36     13 Noyabr 2019    
“2018-ci ildən əvvəl hökumət dəyişikliyinə ictimai tələb vardı, eyni zamanda həmin hökumətdəki boşluqlar daha çox Serj Sarkisyanın üçüncü dəfə seçilməsi ilə əlaqədar idi”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan bildirib.

Onun sözlərinə görə, bu iki amil hökumətin dəyişməsi üçün əlverişli şərait yaratdı.

“Kim bu təşəbbüsü əlinə ala bilsəydi, onun uğur şansları yüksək olacaqdı. Nikol öz bəxtini sınadı, ona parçalanmış hakimiyyət qolları və əlbəttə ki, xalq tərəfindən dəstək verildi və uğur qazandı. Cəmiyyət dəyişiklik istəyirdi, Nikolu yox. Hakimiyyət klanları və qalan digərləri Nikoldan istifadə etmək istədilər, amma özləri istifadə olundular”, - deyə erməni politoloq bildirib.

O qeyd edib ki, artıq heç kim tərəfindən ölkənin rəhbərliyinə iddiaçı sayılmayan “küçə uşağı” olan Nikol, ölkənin inkişafı ilə bağlı real anlayışlar olmadan populist şüarlarla baş nazir oldu.

“Baş verənlərin bütün reallığı budur. Bəs bütün bunların davamı nə olacaq, necə olacaq bu qeyri-müəyyən olaraq qalır. Aydındır ki, “anti” şüarlardan başqa, Paşinyan, xalqı bir-birindən ayıran yox, birləşdirən şüarlar səsləndirməkdə, təbliğ etməkdə, irəli çəkməkdə acizdir. “Küçə uşağı” yeni bir siyasətin şüarlarına çevrilə biləcək, istiqamətləndirici rəhbər şüarları bilmir. Qarşılıqlı nifrət təbliği, parçalanma, həbs və günahkarlar, qanun pozuntuları hakimiyyəti saxlamaq üçün onun yeganə seçimidir. Xalqın mənfi instinktləri yeni hökumətin ən etibarlı müttəfiqləridir. Həmin “alətlər” tükənir, amma onun başqa çarəsi, seçimi yoxdur. Ancaq nifrət dolu təbliğata bir nifrət təbliği ilə cavab vermək özünümüdafiənin ən yaxşı yolu deyil. Bu “küçə uşağı”nın ümid etdiyi şeydir. Qarşıdurmalar mövcud hakimiyyətə güc verir”, - deyə Danileyan qeyd edib.

O, ümummilli gündəliyin yaradılmalı olduğunu vurğulayıb.

“Bu halda inqilabi nifrət komandası avtomatik olaraq, hər hansı səy olmadan keçmişin qalığı olaraq siyasətdən qovulacaqdır. Hər hansı bir yeni konsolidasiya qarşılıqlı nifrət meylinə yer verməməlidir, əks halda onu Nikoldan nə fərqləndirəcək?”, - deyə politoloq bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Böhran  


Bizi "telegram"da izləyin