“Azərbaycanın Avrasiyanın təsir zonasında qalması yalnız Qarabağ məsələsinin həlli ilə bağlıdır”

2019/11/456-1573552880.jpg
Oxunub: 17494     17:00     12 Noyabr 2019    
“Son zamanlar Rusiya daha yüksək səviyyəli sədaqət və daha sıx əməkdaşlıq zərurəti məsələsini qaldıraraq KTMT və Avrasiya İqtisadi Birliyi çərçivəsində öz tələblərini daha da sərtləşdirir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə İrəvan Dövlət Universitetinin siyasi institutlar və proseslər kafedrasının müdiri, siyasi elmlər doktoru, professor Qarik Keryan Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Ermənistana səfərinə toxunarkən bildirib.

Politoloq qeyd edib ki, Lavrovun səfərində təkcə Qarabağ münaqişəsinin həll problemi məsələsini görmək lazım deyil, çünki onun hər səfəri həmişə Qarabağ məsələsi ilə əlaqəlıəndirilir, lakin buna baxmayaraq, bu da müzakirə olunan ən vacib məsələlərdən biridir.

“Böyük ehtimalla söhbət rus mövcudluğunun möhkəmləndirilməsindən, texniki cəhətdən yenidən silahlanmadan, yeni silahlanma növləri ilə kompleksləşmədən gedir. Suriya hadisələri, həmçinin Rusiya-Türkiyə əməkdaşlığı çərçivələri ilə bağlı təhlükəsizlik problemləri ilə bağlı məsələlər müzakirə mövzusu ola bilər”, - deyə o bildirib.

Keryanın sözlərinə görə, Azərbaycan hər an durmadan Rusiyaya xatırladır ki, Azərbaycanın Avrasiyanın təsir zonasında qalması yalnız Qarabağ məsələsinin həlli ilə bağlıdır.

“Bu, Rusiya üçün başlıca problemdir, çünki Rusiyanın xarici siyasətinin məqsədi bu gün postsovet məkanında nüfuzunu bərpa etməkdir, bu halqada isə Azərbaycan vacib, əsas əhəmiyyətə malikdir. Burdan güman etmək olar ki, Qarabağ məsələsində hansısa konkret təklif var və bu təklif Ermənistan, Rusiya və Azərbaycan arasında müzakirə mövzusu ola bilər. Mümkündür ki, Rusiya Qarabağ məsələsini həll etməyə çalışır və Azərbaycana səbrlə silahlanmaq lazımdır”, - deyə o bildirib.

Ermənistana qarşı rus təsirinin böyüməsi məsələsinə toxunan professor bildirib ki, Ermənistanın yeni hakimiyyəti Rusiyanın siyasi elitasında inamsızlıq qazansa da, postsovet ölkələrinin inqilabından fərqli olaraq, Ermənistandakı inqilabın geosiyasi istiqaməti olmayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İşğal   Qarabağ   Rusiya  


Bizi "telegram"da izləyin