“Heç vaxt deməyin ki, xalq yanılmır” - Şarmazanov

2019/11/Sharm-1573552633.jpg
Oxunub: 17459     16:28     12 Noyabr 2019    
“Populist nasional-sosialistlər möcüzələr vəd edirdilər, lakin həm Almaniyanı, həm də bütün Avropanı xarabalığa çevirdilər”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Respublikaçılar partiyasının mətbuat katibi Eduard Şarmazanov öz “Facebook” səhifəsində yazıb:

“Heç vaxt deməyin ki, xalq yanılmır.

1933-cü ilin bu günü, noyabrın 12-də, Almaniyada növbədənkənar parlament seçkiləri baş tutdu. Seçkilər nəticəsində birləşmiş nasional-sosialist siyahının nümayəndələri səslərin 92 faizini topladı.

Populist nasional-sosialistlər möcüzələr vəd edirdilər, lakin həm Almaniyanı, həm də bütün Avropanı xarabalığa çevirdilər.

P.S. Heç vaxt deməyin ki, xalq yanılmır”.


Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şarmazanov   Paşinyan  


Bizi "telegram"da izləyin