Ordu.az xəbər verir ki, erməni KİV-ləri Ermənistan Səhiyyə Nazirliyinin fövqəladə vəziyyətlər və səfərbərlik hazırlığı şöbəsinin rəisi Qabriel Tepelikyandan qeyd edilən qanun lahiyəsinin hansısa riskləri və ya problem meyllərini özündə ehtiva etməsini öyrənməyə çalışıb.
O bildirib ki, Səhiyyə Nazirliyi müharibə və ya hərbi vəziyyət zamanı ölkənin bütün səhiyyə sistemi üçün cavabdehlik daşıyır.
“Əgər təşkilatlara göstərişlər vermək yurisdiksiyası yoxdursa, öz məsuliyyətini necə həyata keçirə bilər? Heç kim özəl sektor mülkiyyəti olan tibb təşkilatını dövlətin nəzarəti altına verməyə hazırlaşmır. Sadəcə bütün qanunvericilik aktları bu barədə danışır ki, hərbi vəziyyət, fövqəladə vəziyyətlər zamanı təşkilati formasından asılı olmayaraq bütün təşkilatların idarə olunmada problemləri olur. Biz sadəcə idarəetmə sistemini səhiyyənin nəzarəti altına almağa çalışırıq. Burada qeyd etmək istəyirəm ki, hərbi xəstəxanalar Müdafiə Nazirliyinin hərbi tibb idarəsinə tabedir, onlara qarşı heç nəyimiz yoxdur, biz hərbi tibb idarəsi ilə bu vəziyyətdə işləyəcəyik. Yəni, idarəetmə məsələsində sıx əməkdaşlıq edəcəyik, yardım edəcəyik, lakin idarəetməni hərbi tibb idarəsi həyata keçirəcək”, - deyə Ermənistan Səhiyyə Nazirliyinin rəsmisi qeyd edib.
Tepelikyan Aprel döyüşlərində ilkin tibbi yardımın göstərilməsi məsələsinə toxunarkən bildirib ki, həmin günlərdə lazımi tibbi yardım olmasaydı, ölüm və əlillik hallarında erməni tərəfi yüksək faiz göstəricisi nümayiş etdirərdi.
Alpər Mövludoğlu
Ordu.az