Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu hakim “Mənim Addımım” fraksiyasının deputatı Arman Boşyan jurnalistlərin suallarını cavablandırarkən deyib.
Jurnalistlərin “Bu qədər peşəkar hüquq-mühafizə orqanlarının rəhbərləri Vanetsyan, Hayrapetov, Osipyan, Hovhannes Köçəryan birdən-birə vəzifəsindən azad olundu və vacib strukturlara uzun müddətdir müvəqqəti əvəzedicilər rəhbərlik edir, sizin üçün bu məqbuldur?” sualına Boşyan belə cavab verib:
““Bu qədər” termini bir az nisbidir, müəyyən hallardan çıxış edərək bəzi tələblər qane etməyəndə, müəyyən problemlərin həll olunmaması vəziyyətində insanlar təyin olunur və vəzifələrdən azad olunur. Bu vəzifələr müşahidəlidir, ələbəttə, təyin edən rəsmi problemləri onların qarşısına qoyur və onların həllini gözləyir”.
O, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyanın Paşinyana “dayan” deyə etdiyi çağırışına isə cavab verməkdən yayınıb.
“Hesab edirəm, cənab Vanetsyan də özü bu və ya digər sualların cavablarını verməlidir, biz də gözləyirik”, - deyə Boşyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az