İlham Əliyev: "Türk dünyası nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir" - "Haber Global"ın süjeti

2026/06/1782745743.jpg
Oxunub: 204     18:42     29 İyun 2026    
Azərbaycan Prezidenti İlham Əliyev Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş Türk Dünyası Həftəsinin iştirakçılarına ünvanladığı müraciətdə türk dövlətlərinin beynəlxalq arenada artan roluna diqqət çəkib.

Ordu.az xəbər verir ki, bu barədə "Haber Global" telekanalının Bakıda keçirilən Türk Dünyası Həftəsinə həsr olunmuş süjetində bəhs edilir.


Süjetdə bildirilir ki, paytaxt Bakı daha bir anlamlı tədbirə ev sahibliyi edir.

"Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş Türk Dünyası Həftəsi öz işinə başlayıb. Tədbirin açılışında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakçılara ünvanladığı müraciət oxunub".

"Türk dünyası ailəsi böyük bir sivilizasiya yaratmış əcdadlarımızın şəninə yaraşan tərzdə əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən biri olmaq yolundadır. Biz bu ailənin möhkəmliyi və sarsılmazlığı naminə var qüvvəmizi bundan sonra da əsirgəməyəcəyik" , - deyə Prezident müraciətində vurğulayıb.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İlham-Əliyev   Türk-dünyası  


Bizi "telegram"da izləyin