Ermənistanın sabiq MTX direktoru həbs olunacaq?

2019/10/32b4e-1570173941.jpg
Oxunub: 28124     17:18     28 Oktyabr 2019    
Ermənistanın mövcud hökuməti komandasını tərk edən və onun fəaliyyəti ilə bağlı tənqidi çıxış edən xadimləri hədəfə almağa davam edir.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hazırkı vəziyyət üçün hədəf Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyandır.

Qeyd edək ki, Vanetsyan uzaqlaşmamışdan əvvəl olduqca sərt qiymətləndirmələrlə çıxış edib.

O, Paşinyanın idarəetmə üsulu haqqında danışaraq işarə edib ki, Baş nazir birincini ikincidən fərqləndirmir. Vanetsyanın bu bəyanatı məlum idi ki, bağışlanmayacaq.

Məlumata görə, hazırda bir neçə iş adamı, Vanetsyana pul verə bilən keçmiş oliqarxlar və digər şəxslər hüquq mühafizə orqanlarının diqqət mərkəzindədir.

Məlumatlara görə, Ermənistan Xüsusi İstintaq Xidmətinin rəhbəri demək olar hər gün Paşinyana qeydə alınmış nəticələr haqqında hesabat verir. Bir şey aydındır ki, Artur Vanetsyan həbs olunmalıdır və bu məqsəd üçün hər şey edilir.

Böyük ehtimalla, yaxın gələcəkdə Paşinyan hakimiyyəti bəyanatlarla çıxış edəcək və Vanetsyanın həbsi bunu izləyəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MTX   Vanetsyan  


Bizi "telegram"da izləyin