Ermənistanın sabiq Müdafiə naziri “27 Oktyabr” hadisəsinin səbəbləri barədə danışıb

2019/10/12468-1572253792.jpg
Oxunub: 9268     16:25     28 Oktyabr 2019    
“1999-cu ilin “27 Oktyabr” hadisəsinə üç amil səbəb olub, birincisi Dağlıq Qarabağ münaqişəsinin Meğri variantı, bundan sonra hakimiyyəti saxlamaq problemi və əlbəttə maliyyə itkiləri məsələsidir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın sabiq Müdafiə naziri (1999-2000-ci illərdə bu vəzifəni icra edib – red.), general-leytenant Vağarşak Harutyunyan bildirib.

Harutyunyan terror hadisəsinin təşkilatçısı Nairi Hunanyanın vaxtında əvvəl azadlığa çıxması məsələsinə toxunarkən bildirib ki, cinayətdən 20 il sonra onun vaxtından əvvəl azadlığa çıxmaqla bağlı məhkəməyə müraciət etmək hüququ var

O iddia edir ki, o zaman erməni Baş nazir Vazgen Sarkisyan Meğri variantına qarşı olub.

“O, qarşı olub, biz çox yaxşı bilirik ki, o, öz qeydlərində Meğrinin Ermənistan üçün nə demək olduğunu - ən vacib hissə olduğunu ifadə edib. Bu ərazi Ermənistanın təhlükəsizliyini, İranla əlaqəsini təmin edir”, - deyə Harutyunyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: 27-Oktyabr   Terror  


Bizi "telegram"da izləyin