DSX qaçaqmalçılığa qarşı mübarizəni davam etdirir

2019/09/70428-1569052327.jpg
Oxunub: 8351     09:50     28 Oktyabr 2019    
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sər­hə­dinin toxunulmazlığının təmin edilməsi və narkotik vasitələrin qanunsuz döv­riy­yə­sinə qarşı mübarizə istiqamətində sərhəd mühafizə və əməliyyat-axtarış tədbir­ləri davam etdirilir.

DSX-nin Mətbuat Mərkəzindən Ordu.az-a verilən məlumata görə, 17 oktyabr 2019-cu il tarixində Qax rayonu Üzümlü kəndi yaxınlığında yerlə­şən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından Gür­­cüstan isti­qa­mətində dövlət sərhədini pozmağa cəhd göstərərkən Gürcüstan və­­təndaşı Qoqiçaişvili Davit Quramoviç saxlanılıb.

İlkin araşdırma zamanı sərhəd pozucusunun Azərbaycan Respublikasının DİN tərəfindən Cinayət Məcəlləsinin 177-ci (oğurluq) mad­­­dəsi ilə istintaq olunan cinayət işi üzrə şübhəli şəxs qismində axtarışda olması müəy­yən­­ləş­diril­ib.

Həmin tarixdə “Astara” dövlət sərhədindən buraxılış məntəqəsində İran İslam Respublikasından Azər­bay­can Respublikasına gələkən AR vətəndaşı 1989-cu il təvəllüdlü Kişizadə Qabil Mirəhməd oğlunun üzərinə sərhəd və gömrük baxış keçirilərkən 97 qram narkotik vasitə aşkar olunaraq götürül­üb.

Hər 2 fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: DSX  


Bizi "telegram"da izləyin