Paşinyanin arvadı erməni əsgər anaları ilə niyə görüşmək istəmir... O, hələ də məzuniyyətdədir?

2019/10/zinca-1572075943.jpg
Oxunub: 17574     20:44     28 Oktyabr 2019    
“Oğullarımızın işlərinə yenidən baxılmasına dair Paşinyanın göstərişindən bir il altı ay vaxt keçməsinə baxayaraq, irəliləyiş yoxdur, buna görə Paşinyanın özü ilə görüş tələb edirik”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə qeyri-döyüş şəraitdə ölən 5 erməni əsgərin anası hökumət binası qarşısında etiraz edərkən bildirib.

2010-cu ildə öldürülən kəşfiyyatçı Artur Qazaryanın anası İrina Qazaryan erməni KİV-lərinə müsahibəsində bildirib ki, oğlunun qətli ilə bağlı cinayət işi yenidən açılsa da, müstəntiqlər heç bir iş görmür.

“Parlament sədrinin müavini Lena Nazaryan bizimlə görüşdü, lakin heç nə vəd etmədi. 5 əsgərin qətl hadisələrinin açılması üçün bütün aidiyyəti qurumlara, bütün deputatlara müraciət edəcəyimizi söylədik ki, hər kəs öz çıxışlarında, bu işlər nə qədər bağlı qalmalıdır, müstəntiqlər niyə iş görmür və prokurorlar əsgərlərin işini nə vaxtadək bağlı saxlayacaqlar kimi suallar səsləndirilənədək müraciətlərini davam edəcəklər”, - deyə o qeyd edib.

Onlar Nazaryandan xahiş ediblər ki, əgər mümkündürsə, Paşinyana müraciət edərək valideynlərinin onunla görüşmək istədiklərini desin.

Valideynlər bildirib ki, istintaq komitəsinin sədri Hayk Qriqoryanla, Baş prokuror Artur Davtyanla, yaxud müstəntiqlərin iştirak etdiyi görüşdə şəxsən Paşinyana suallar vermək istədiklərini, problemlərini ifadə etmək istədiklərini qeyd ediblər.

Cinayət işlərinin yenidən araşdırılması üçün icraata qəbul edilməsinə baxmayaraq, heç bir iş aparılmadığından şikayət edən erməni əsgərlərin valideynləri bildirib ki, hətta bəzi cinayət işlərinə yenidən xitam verilib.

Valideynlər toyuq yumurtası yox, övlad itirdiklərini qeyd edərək, ədalət tələb etdiklərini bildiriblər.

Şikayətçilərdən Armine Qasparyan övladının yeni, yəni mayın 6-da qətlə yetirildiyini, lakin hadisənin təfərrüatının açılmadığını qeyd edib. Köhnə işlərdə sübut, dəllilərin yoxa çıxdığını bəhanə etsələr də, valideynlər bu yeni baş verən cinayətin niyə açılmamasının səbəbini isə anlamadıqlarını qeyd edirlər.
Şikayətçi qadınlardan biri qeyd edir ki, hərbi polis onların övladlarının hansı şəraitdə və kim tərəfindən öldürüldüyünü bilsə də, cinayət əməlinin açıqlanmasını istəmir.

Şikayətçi bildirib ki, onun övladı 2010-cu il 17 dekabr tarixində hərbi polisə gətirilərkən Aram Ter-Sahakyan Vova Qasparyanla birgə hərbi polisdə işləyirdi.

“Hazırda isə Ter-Sahakyan Andranik Koçaryanın yanında komissiyada oturub, müstəqil ekspert kimi fəaliyyət göstərir. Onun əlləri qana bulaşdığı halda, o, necə müstəqil ekspert kimi fəaliyyət göstərə bilər”, - deyə şikayətlənirlər.

İrina Qazaryan qeyd edir ki, məhz hərbi polisin keçmiş vəzifəli şəxsi, indiki ekspert kimi fəaliyyət göstərməklə, zamanında cinayət əməllərinin gizlədilməsində şəxsən iştirak edib.

Bir ay yarım bundan əvvəl dinc şəraitdə övladları ölən, qara paltarlı analar kimi tanınan erməni əsgərlərinin anaları, görüşmək məqsədilə Paşinyanın arvadı Anna Hakobyana da müraciət ediblər.

“Anna Hakobyanla görüşmək istəyirdik. Verdiyimiz ərizə heç gedib ünvanına çatmadı. Administrasiyada nə işlə məşğul olduğunu təqdim etmədən, Nana adlı birisi mənimlə telefon əlaqəsi saxlayaraq, Anna Hakobyanın məzuniyyətdə olduğunu bildirdi. Bir həftədən sonra gələcəyini və görüş olacağını desə də, 1 ay yarım keçib. Məsuliyyət yoxdur ki, bir desin qətlə yetirilən əsgərin valideyni sizinlə görüşmək istəyir. Biz sadəcə demək istəyirdik ki, Paşinyan sizin ərinizdir, nəhayət siz də əsgər anasısınız, bəlkə sizin ərinizə müvafiq qurumlar düzgün məlumat vermir, bir ana kimi xahiş edirik, bizim problemlərimizi ona çatdırasınız. Deyin görək, bizim əsgər balaların qətli üzrə cinayət işləri niyə araşdırılmır, üstü açılmır. Valideyn olaraq böyüdüb, dövlətə vermişdik…. bugünədək heç bir cavab yoxdur”, - deyə ölən əsgərlərdən birinin valideyni Qazaryan bildirib.

Bir neçə gün əvvəl qara paltarlı erməni əsgər analarının başqa bir heyəti Paşinyanla görüşüb. Niyə həmin görüşdə iştirak etmədiklərinə dair verilən suala, İrina Qazaryan bildirib ki, həmin qadınları orada görərkən təəccübləniblər.

“Həmin təşkilatın o görüşdə iştirak edən əsgər analarının hər birinin Müdafiə Mazirliyindən asılı olan təşkilatı var. Onlar bir-birləri ilə əməkdaşlıq edirlər. 9 ildir ki, mənim oğlum yoxdur. Həmin qadınlardan heç birini keçmiş hökumət binasının qarşısına gələrək, “mənim övladımı kim öldürüb” deyə soruşmağa gəldiyini görməmişəm. Onları həmin görüşdə gördükdə dəli oldum. Marqarita Xaçatryan bir neçə ay əvvəl hökumət binasının qarşısına gəldi. Həmin vaxt Qevork Kosytanyanla problemləri vardı. O, bizə dedi ki, heç birinin işləri sonadək açılmayacaq. Xaçatryan dedi ki, məni aldadıblar, mən də sizi aldatdım. Hətta bizdən üzr də istəyib. İndi də guya şikayət edirlər deyə, ortaya çıxıb. Mən onlara deyəcək söz tapmıram”, - deyə Qazaryan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Əsgər   Etiraz   Ölüm   Cinayət  


Bizi "telegram"da izləyin