Trampın vəkili Culiani Putinə görə İrəvana gəlməyəcək

2019/09/Untit-1569657045.jpg
Oxunub: 12649     12:43     28 Sentyabr 2019    
ABŞ prezidenti Donald Trampın vəkili, Nyu-Yorkun sabiq meri Rodolf Culiani Avrasiya İqtisadi Birliyi çərçivəsində təşkil olunmuş konfransda iştirak etmək üçün İrəvana edəcəyi səfərini ləğv edib.

Ordu.az xəbər verir ki, bu barədə “Washington Post” qəzeti məlumat yayıb.

Culiani sentyabrın 27-i səhər saatlarında qəzetə bildirib ki, konfransda iştirak edəcək, lakin axşam qərarını dəyişib.

Culiani səfərini ləğv edib, çünki Rusiya prezidenti Vladimir Putin və digər rus dövlət rəsmiləri tədbirdə iştirak edəcəklər.

“Putinin gələcəyini bilmirdim”, - deyə Culiani bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Putin   Ermənistan  


Bizi "telegram"da izləyin