Ağstafada top mərmisi tapılıb

2019/09/aa4a1-1569384048.jpg
Oxunub: 23751     09:56     25 Sentyabr 2019    
Ağstafa rayonunda top mərmisi aşkar edilib.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) Ordu.az-a bildirilib ki, 24 sentyabrda saat 18:56-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Tovuz rayonu, Əlibəyli kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Tovuz rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Tovuz rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunan ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd (tərkibində heç bir partlayıcı maddə olmayan) 125 mm-lik top mərmisinin (OF-26) arxa hissəsi aşkar olunub, götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin ətrafında 300 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ağstafa   ANAMA  


Bizi "telegram"da izləyin