Ermənistanın sabiq polis rəisi “1 Mart” işinə görə intihar edib

2019/09/768-1569322873.jpg
Oxunub: 8661     15:40     24 Sentyabr 2019    
“Məni yalan ifadə verməyə məcbur edirlər, axı Robert Köçəryan və Qeğam Petrosyan günahkar deyillər”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın sabiq polis rəisi, evində ölü olaraq tapılan Hayk Harutyunyan intihar etməmişdən öncə yazıb.

Xatırladaq ki, ötən gecə Ermənistanın sabiq polis rəisi Hayk Harutyunyan şəxsi evində intihar edib. Dünən, saat 23:59 radələrində, Bcni məhəlləsinin evlərindən birində cəsəd olduğu barədə məlumat daxil olub. Hadisə yerinə gedən operativ-istintaq qrupu Hayk Harutyunyanın cəsədini tapıb.

Məlumatlara görə, hadisə şahidlərin iştirakı ilə baş verib. Harutyunyan orada olanlara belə deyib: “Baş prokuror və Sasun Xaçatryan bu bir neçə ay ərzində həyatımı yeyib, məni Robert Köçəryan və Qeğam Petrosyana qarşı yalan ifadə verməyə məcbur edirlər, axı onlar günahkar deyil”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   1-Mart  


Bizi "telegram"da izləyin