Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu “Razm.info” saytının Baş redaktoru, hərbi ekspert Karen Vrtanesyan bildirib.
Vrtanesyanın sözlərinə görə, Paşinyanın bəyanatı cəmiyyəti çaşdıra bilər, çünki cəmiyyət bu incəlikləri başa düşmək məcburiyyətində deyil.
“Bir şey aydındır ki, bu gün Vanetsyana qarşı kampaniya aparılır və bunun hökumətin prioriteti olduğu açıq-aydın ortadadır”,- deyə o qeyd edib.
Qeyd edək ki, Ermənistan Baş naziri yalnız müharibə vəziyyətində Ali Baş Komandandır, sülh vəziyyətində isə Ali Baş Komandan vəzifəsini Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi daşıyır.
Alpər Mövludoğlu
Ordu.az