Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan BQ Serj Sarkisyanın yaxın dostu Barseğ Beqlaryanın biznes maraqlarını müdafiə edir, çünki ona məxsus olan “Fleş” şirkəti əvvəllər olduğu kimi indi də ordunu dizel yanacağı ilə təmin etməyə davam edir.
Ermənistan ordusunun ehtiyacları üçün həyata keçirilən alış-verişlər yeni hakimiyyətin rəhbərliyi altında da davam edir.
Hakimiyyət dəyişikliyindən sonra Paşinyan bildirib ki, hər bir adam istədiyi iqtisadi fəaliyyətlə məşğul ola bilər. O qeyd edirdi ki, dövlət alış-verişləri şəffaf olacaq və keçmiş qaydalar artıq fəaliyyət göstərməyəcək.
Lakin Ermənistan hakimiyyətinin bu bəyanatları Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəhbər heyəti üçün heç nəyi müəyyən etmir.
Davtyan keçmiş iş adamlarının ordunu dizel yanacağı və benzinlə benzinlə təmin etməyə davam etməsi üçün hər şey edir. O, “Fleş” şirkətinin ordunu dizel yanacağı ilə təmin etməsi üçün yeni şirkətlərə zərbə vurmağa çalışır.
Alpər Mövludoğlu
Ordu.az