Rus politoloq: “Putinlə görüşün olmaması ikitərəfli əlaqələr üçün müsbət hal deyil”

2019/09/Putin-3138465454.jpg
Oxunub: 10801     16:03     23 Sentyabr 2019    
“Bəlkə də bir sıra məsələlərlə bağlı Ermənistan və Rusiya rəhbərlərinin mövqeləri bir-birindən fərqlənir, lakin dövlətlər arasındakı əməkdaşlıq saxlanılır”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu rus siyasi şərhçisi Fyodor Lukyanov Vladimir Putinin Ermənistana səfər məsələləsinə toxunarkən bildirib.


Putin-Paşinyan görüşünün baş tutmayacağı ilə bağlı yayılan söz-söhbətlərə toxunan Lukyanov bildirib ki, Rusiya prezidentinin gündəm məşğuliyyəti hər hansı ssenarini istisna etməyə imkan vermir. Onun sözlərinə görə, bu kimi tədbirlər adətən ikitərəfli əlaqələrin müzakirə edilməsi məqsədilə istifadə edilir.

Lukyanovun sözlərinə görə, bu kimi görüşlərin baş tutmaması ikitərəfli əlaqələr üçün o qədər də müsbət hal olmayacaq.

“Bu, hər halda mənfi fakt olacaq, çünki hazırda əlaqələrlə bağlı mənfi düşüncələr olduqca çoxdur. Bəlkə də bəzi məsələrlə bağlı iki ölkə rəhbərlərinin mövqeləri bir-birindən fərqlənir, lakin dövlət arasındakı əməkdaşlıq saxlanılır. Bu problemin ikitərəfli əlaqələrdə təsiri var”,- deyə o qeyd edib.

Xatırladaq ki, bəzi mənbələrə görə, Putinin Ermənistana səfəri zamanı Putin-Paşinyan görüşü baş tutmayacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Paşinyan  


Bizi "telegram"da izləyin