Paşinyan sabiq MTX direktoru ilə bağlı saxta məlumatların paylaşılması barədə göstəriş verib

2019/09/71940-1569052847.jpg
Oxunub: 2854     16:57     21 Sentyabr 2019    
“Ermənistan MTX rəhbəri Artur Vanetsyanın qəfil istefası və sonrakı açıqlaması Ermənistan hakimiyyətini şoka salıb. Hökumət bunu gizlədə bilmir və əslində açıq formada etiraf edir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu “Alternativ Layihələr” qrupunun üzvü Dəniz Sukiasyan qeyd edib.

Şayiələrə görə, Paşinyan komandası ilə görüşü zamanı Vanetsyanın istefasını hər yolla ucuzlaşdırmaq və sadələşdirmək üçün birbaşa göstəriş verib, yalan və həqiqətəuyğun olmadığına dair söz-söhbətləri, versiyaları yayımlamağa və tirajlamağa çağırış edib.

“Paşinyan özünə yaxın olan “müxalifətçi” deputatlara Vanetsyanı sərt şəkildə tənqid etmək və onu ləkələməyə çalışmaq barədə tapşırıq verib. Son günlərdə media və sosial şəbəkələrdə aparılan monitorinqlər tapşırığın yerinə yetirilməyə başladığını göstərir. Sistemin tam koordinasiyasının Paşinyanın özünün həyata keçirdiyi istisna edilmir, çünki problem həqiqətən ciddidir.

Dövriyyəyə buraxılan saxta versiyalar əsasən iki qrupa bölünür:

1. Vanetsyan keçmiş hakimiyyətlə birgə saray çevrilişi etməyə çalışırdı;

2. Vanetsyan korrupsiyanın qarşısını alır və korrupsionerləri ifşa etməyə imkan vermirdi.

Bu iki əsas saxta versiyalardan sonra hər bir təlimat icraçısı öz fantaziya qaydalarını yerinə yetirən çoxsaylı alt fərziyyələr ortaya qoyur”, - deyə Sukiasyan bildirib.

Onun sözlərinə görə, Tsarukyanla görüşdən və onun partiyasına qoşulmaqdan başlamış, Mikayel Minasyanın ofisi tərəfindən idarə olunmasınadək yalan məlumatlar dövriyəyə buraxılıb.

“Bu fərziyyələr nə üçündür və niyə ölkənin birinci siması səviyyəsində belə bir göstəriş var? İzahı çətin deyil, Vanetsyanın istefası, hakimiyyətdaxili böhrana səbəb olub. Sözün əsl mənasında hakimiyyət üçün şok effektli bir hadisədir və davamı hələ aydın deyil. Nəticələri başa düşmək və bunun nəticələrini hesablamaq üçün hökumətə vaxt lazımdır. Bu müddət isə saxta versiyalarla əlavə olunmalı, vəziyyət aydınlaşana qədər ictimaiyyət məşğul edilməlidir”, - deyə layihə qrupunun nümayəndəsi bildirib.

Sukiasyan qeyd edib ki, Vanetsyan növbəti mərhələdə ictimaiyyət üçün istefasının səbəblərini anbaan açıqlamalıdır.

“Bunlar açılıb, əsaslandırılmayanadək, hökumət, özünümüdafiə məqsədilə, istefa verən MTX rəhbərini ucuzlaşdırmaq üçün əlindən gələn hər şeyi edəcək. Əslində oyun partiyası yeni başlayır”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Vanetsyan  

Paşinyan sabiq MTX direktoru ilə bağlı saxta məlumatların paylaşılması barədə göstəriş verib

2019/09/71940-1569052847.jpg
Oxunub: 2855     16:57     21 Sentyabr 2019    