Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam etməkdədir.
DSX-nin Mətbuat Mərkəzindən
Ordu.az-a verilən məlumata görə, sentyabrın 20-si saat 13:20 radələrində sərhəd döyüş mövqelərimiz və təminat yollarının salınması ilə məşğul olan ekskovatoru düşmən tərəfindən atəşə tutulub.
Düşmən bölmələrinin atəş nöqtələri cavab atəşilə susdurulub.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
DSX
Düşmən-təxribatı