Putin Paşinyanla ikitərəfli görüş təklifini rədd edib

2019/09/nikol-1568873072.jpg
Oxunub: 8152     10:04     19 Sentyabr 2019    
Ehtimal olunur ki, Rusiya Federasiyasının prezidenti Vladimir Putin Ermənistana gələcək, lakin cəmi bir saat İrəvanda olacaq.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Putin İrəvanda qalmayacaq, yalnız Avrasiya İqtisadi Birliyi formatında tədbirlərdə iştirak edəcək və gedəcək.

Onun rəsmi yeməkdə iştirak etməyəcəyi də istisna edilmir. Erməni tərəfi ikitərəfli görüş təklif etsə də, rus tərəfi Nikol Paşinyanın bu istəyini rədd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Putin  


Bizi "telegram"da izləyin