Məhkəmənin qərarından sonra hüquq müdafiəçiləri girov qarşılığında Köçəryanın sərbəst buraxılması üçün müraciət ediblər. Köçəryanın müdafiəçilərindən biri o an Hovhannes Xudoyan hakim Anna Danibekyanın diqqətini Köçəryanın həbsdə saxlanılması üçün zəruri əsasların hazırda məhkəmə prosesində olmamasına yönəltməyə çalışıb.
Vəkilin sözlərinə görə, ilkin istintaqın gedişatında Köçəryan istintaqdan yayınmayıb və əksinə əsaslı dəlillər yoxdur.
Prokuror Gevorq Bağdasaryan isə vasitəçiliyə qarşı çıxaraq bildirib ki, ordunun cəlb edilməsi faktının gizlədilməsi üçün hərbi nömrələr, hərbi geyimlərin fərqləndirici nişanları dəyişdirilib.
“Prezident Administrasiyasından olan adamlar ordunun cəlb olunması faktının gizlədilməsi istiqamətində səylər göstərib”, - deyə erməni prokuror bildirib.
Məhkəmə müşavirə otağını tərk edib və qərarın sentyabrın 20-də, saat 17:00-da açıqlanacağını bildirib.
Alpər Mövludoğlu
Ordu.az