Ermənistanda “1 Mart” hadisələri zamanı öldürülən Abqaryanla bağlı suallara cavab verilmir

2019/09/768-1568799787.jpg
Oxunub: 11650     09:32     19 Sentyabr 2019    
11 sentyabr 2018-ci ildə Ermənistan Xüsusi İstintaq Xidmətinin (XİX) rəhbəri Sasun Xaçatryan və MTX direktoru Artur Vanetsyanın telefon danışığı ifşa edildikdə, bu vəzifəli şəxslər təcili mətbuat konfransı keçirdilər. Digər məsələlərlə yanaşı Sasun Xaçatryan “1 Mart” cinayəti mövzusunda da bir sıra açıqlamalar verdi.

Ermənistan XİX-in rəhbəri bildirdi ki, Tiqran Abqaryan xüsusi təyinatlılar tərəfindən öldürülüb.

“Buna, dəqiq əyani sübutlarımız var. Yəni, bu nədən xəbər verir? Köçəryan artıq fövqəladə vəziyyət elan etdiyi vaxt Tiqran Abqaryan öldürülüb, ancaq həmin vaxt hansı bir yaralı hərbçi yox idi. Abqaryana Köçəryanın “artıq itkilərimiz var” açıqlamasını əsaslandırmaq üçün odlu silah yarası yetirilib. Artıq bu, ilkin istintaqla əsaslandırılıb. Bu xəbər bizə qarşı əsl ova başlanılması üçün kifayət edirdi”, - deyə o qeyd edib.

Bir il keçib, Ermənistan XİX niyə susur?

Ordu.az xəbər verir ki, erməni jurnalistlər Ermənistan XİX rəisi Sasun Xaçatryana bu barədə yazılı sorğu göndərib.

Ermənistan XİX mətbuat xidməti sorğunu cavablandıraraq bildirib ki, Xaçatryanın ifadələri yalnız cinayət işində əldə edilmiş faktiki məlumatlara əsaslanır.

“2008-ci ilin 1 və 2 mart tarixlərində İrəvanda baş verən hadisələrlə əlaqədar, Xüsusi İstintaq Xidmətində (XİX) araşdırılan cinayət işindən xaric edilmiş hissənin digər materialları ilə birlikdə məhkəməyə göndərilib”, - deyə sorğuda qeyd olunur.

Ermənistan XİX Tiqran Abqaryanı konkret kimin qətlə yetirdiyi və qətllə əlaqədar kimə ittiham irəli sürüldüyü ilə bağlı suala cavab verməyib.

Erməni jurnalistlər Köçəryanın “artıq itkilərimiz var” sözlərini əsaslandırmaq üçün Tiqran Abqaryanın nə zaman odlu silah yarası aldığı haqqında hansı məlumatının olduğunu dərk etmək üçün vəziyyətlə əlaqədar Abqaryanın anası Ruzanna ilə söhbət aparıb.

“Heç vaxt belə bir şey eşitməmişdim. Bağışlayın, dünən məhkəmədə olmuşam, təzyiqim yüksəkdir, bu məsələ ilə bağlı məni narahat etməyin”, - deyə Ruzunna bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   XİX   Cinayət   1-Mart  


Bizi "telegram"da izləyin