Ülvi Mehdiyev: "Artıq hər mövsümlə əlaqədar olaraq bu düşərgələr təşkil olunacaq"

2019/09/89089-1568790585.jpg
Oxunub: 20849     11:10     18 Sentyabr 2019    
"Könüllülük hərəkatının fəaliyyəti dövründə 600-ə yaxın layihə həyata keçirilib. O layihələrdən biri də "Hərbiyyə" hərbi-vətənpərvərlik düşərgəsinin təşkil olunmasıdır".

Ordu.az xəbər verir ki, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “Hərbiyyə - Xəzər” hərbi vətənpərvərlik düşərgəsinin açılış mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, sərhədçi olmaq hərbi xidmət keçmə dövrünün ən romantik hissəsidir.

"Çünki burada Vətənin təbiətini, suyunu, daşını və torpağını daha gözəl hiss edə bilirsən və bu da səndə köklü bir məhəbbət yaradır. Məşhur deyimdə deyildiyi kimi, Vətən sərhəddən başlayır. Mən də hərbi xidmət zamanı sərhədçi olmuşam. Dövlət Sərhəd Xidmətində hərbi xidmət keçmişəm. Sərhədçi olmaq həqiqətən qürurvericidir, şərəflidir", - deyə Ü.Mehdiyev vurğulayıb.

Agentlik sədri qeyd edib ki, könüllülük hərəkatının fəaliyyəti dövründə 600-ə yaxın layihə həyata keçirilib: "O layihələrdən biri də "Hərbiyyə" hərbi-vətənpərvərlik düşərgəsinin təşkil olunmasıdır. Bu düşərgələrdən üçü bu il ərzində təşkil olunub. Düşərgələr Prezident İlham Əliyevin tövsiyəsi və könüllülərin müraciəti əsasında baş tutub. Artıq hər mövsümlə əlaqədar olaraq bu düşərgələr təşkil olunacaq".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASAN   DSX   Hərbiyyə  


Bizi "telegram"da izləyin