Rus ekspert: “Putinin İrəvan səfərinin ciddi nəticələri olmayacaq”

2018/02/Fyodor_Lukyanov345345_1518523760.jpeg
Oxunub: 10517     16:08     17 Sentyabr 2019    
“Səfərin hər hansı ciddi nəticələrə səbəb olacağını və işgüzar müzakirələrin baş verəcəyini düşünmürəm”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu rus ekspert Fyodor Lukyanov bildirib.

Onun sözlərinə görə, səfərə ikitərəfli görüşlər və danışıqlar da daxildir, lakin bu səfərdən daha geniş ikitərəfli gündəm gözləməyə ehtiyac yoxdur.

“Rusiya-Ermənistan münasibətlərində ikitərəfli narahatçılıqlar olub. Səfərin hər hansı ciddi nəticələrə səbəb olacağını və işgüzar müzakirələrin baş verəcəyini düşünmürəm”, - deyə Lukyanov bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan   Putin  


Bizi "telegram"da izləyin