Paşinyan Vanadzor Texnologiya Mərkəzində qeyd edib ki, silah-sursat və hərbi texnikaların sayı 5-10 % artıb. Hərbi sənayenin 2020-ci il üçün dövlət büdcəsi tərəfindən maliyyələşdirilməsi 114% artacaq.
Erməni hərbi ekspert Karen Vrtanesyan Paşinyanın açıqlamasına cavab olaraq bildirib ki, göstərilən rəqəmlər kontekstdən kənardır.
“Bəzən bəzi şeylər müqayisəolunmaz “bir tərəzi” ilə ölçülür. Məsələn, Paşinyan deyir ki, hücum vasitələri və silah-sursat 10-15 faiz artıb. Ədədlə ölçülür, yoxsa kilo ilə? “İsgəndər” də, tank da, qumbaraatan da hücum vasitəsidir. Silah-sursatı hücum vasitələri ilə hesablamaq necə ola bilər? Onun bildirdiyi rəqəmlərin əksər hissəsini yoxlamaq mümkün deyil. Nə istəsə, bildirə bilər. O, çox yaxşı bilir ki, bunu yoxlamaq mümkün deyil”, - deyə Vrtanesyan qeyd edib.
Paşinyan, hökumətin 1 iyun 2019-cu il tarixli qərarını təqdim edərək, Ermənistan ordusunun hərbi qulluqçularının aylıq artımının göstəriciləri haqqında da yalan məlumat verib:
Beləliklə, alay komandiri 22 min dram və ya 4.6%,
Alay komandirinin müavini 51 min dram və ya 12.7%,
Tabor komandiri 88 min dram və ya 23%,
Bölük komandiri 97 min dram və ya 32.6%,
Taqım komandiri 72 min dram və ya 26.2%,
Baş gizir 38 min dram və ya 18%,
Sıravi müqaviləli hərbi qulluqçu 23 min dram və ya 13.7%,
Çavuş müqaviləli hərbi qulluqçu (kurs keçən) 49 min dram və ya 22%.
“Alternativ” ictimai təşkilatının sədri Narek Mantaşyan isə qeyd edib ki, Paşinyan Ermənistan ordusunda maaş artımı ilə bağlı yanlış məlumat yayıb.
“Məlumatı yoxlamaq üçün Ermənistanın “Dövlət məmurlarının əmək haqqı haqqında” qanunu açır, maaşların hesablama əmsalları cədvəlinə, həm də Ermənistan Respublikasının Dövlət Büdcəsi Qanunu ilə indiki vəziyyətdə vurmaqla bu rəqəmin 66140 AMD (dram) olduğuna baxırıq. Əmsalları orta hesabla 10-20 illik iş təcrübəsi ilə nəzərə aldığını qeyd edir.
Alay komandiri, polkovnik ştatının əmsalı 6.79, əmək haqqı həcmi 6.79 * 66140 = 449.000 (vergilər daxil olmaqla), bu rəqəmin 7% -i 31.000-dir, lakin vergilərsiz olduqda 7% 23.000 hesabı ilə hesablama düzgündür, lakin təhlil edilməməsi üçün iki vacib rəqəm yazacam və qalanları üçün sadəcə əmsalları göstərəcəm.
1. Tabor komandiri olduğu halda 12% 85 000 dram artım nəzərdə tutulur. Bu aydın şəkildə yalandır. Ona görə ki, tabor komandiri ştatının əmsalı 5.78-dir. Buna görə də 382 000 dramın 12%-i 85 000 təşkil edə bilməz.
2. Bölük komandiri 4.51 əmsalı ilə 298 000 əmək haqqı alır. Bu rəqəmin də 18%-i 96 000 təşkil edə bilməz. Beləliklə bütün rəqəmləri sadalamaq olar”, deyə “Alternativ” ictimai təşkilatının sədri Narek Mantaşyan yazıb.
O, Paşinyana, yalan danışma ustası, ordu hesabına formalaşmaqdan əl çək, deyə çağırış edib.
Alpər Mövludoğlu
Ordu.az