2016-cı ilin Aprel döyüşləri zamanı əsas cavabdehlərdən biri olan, Ermənistanın sabiq Baş Qərargah rəisi, daha sonra KTMT-nin Baş katibi vəzifəsini icra etmiş Yuri Xaçaturov tezliklə İstintaq Komissiyasına dəvət olunacaq.
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, komissiya bu günə qədər Aprel döyüşlərin görə birbaşa məsuliyyət daşıyan Ermənistan MN rəsmilərindən heç kimi istintaqa çağırmayıb.
Qeyd edək ki, komissiya 4 aydır araşdırma aparır.
Əldə olunan məlumatlara görə, İstintaq Komissiyasının iclaslarına dəvət olunmuş şəxslər hər hansı səs-küylü pozuntu haqqında komissiyaya nəsə bildirməyiblər.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
KTMT
Aprel-döyüşləri