Ermənistan MTX rəisi “Pandoranın qutusunu” açdı

2019/09/15366-1568709337.jpg
Oxunub: 833     14:49     17 Sentyabr 2019    
Xəbər verdiyimiz kimi, dünən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan istefa verdi.

Ermənistanda baş tutmuş hakimiyyət dəyişikliyinin təxminən 1.5 ili ərzində çoxsaylı mitinqlər, çoxsaylı istefalar oldu, lakin istisnasız olaraq, istefa verənlər “partiya və hökumət”in yüksək inamına, “inqilab idealları”nın misilsiz qələbəsinə və Paşinyanın “kosmik müdrikliyinə” görə öz minnətdarlıqlarını heç vaxt unutmadılar.

Vanetsyanın istefası isə bu məntiqdən tamamilə kənardır. Paşinyan hökumətinin əsas fiqurlarından biri “dur” çağırışı ilə istefa verdi. Onun Vanadzorda keçirilən mətbuat konfransında bir nömrəli qüvvənin istefasının səbəblərini “yayındırmağa” cəhd göstərməsindən, onu futbolun inkişaf etdirilməsi üfüqlərinə yola salmasından asılı olmayaraq, Vanetsyan verdiyi açıqlama ilə bir çox suallara cavab verib.

“Qərarların kortəbii olması, hərəkətlərin çevikliyi, ikinciliyin prioriteti və keçidlə qalıcı arasında fərq qoymamaq praktikası məqsədə çatmağa aparan yol deyil”, - deyə Vanetsyan bunun dövlət quruculuğu anlayışlarına zidd olduğunu bildirib.

Onun açıqlaması sözün həqiqi mənasında hazırda Ermənistanda “dövlət quruculuğu” ilə məşğul olan komandaya yönəlib.

Üstəlik, indiki vaxtda Ermənistan MTX-nin gördüyü işlərin bu xidmətin əsas funksiyaları ilə heç biri əlaqəsi yox idi və Vanetsyanın fikrincə, “zabit ləyaqəti ilə heç bir ümumi əlaqəsi yoxdur”.

Bu Paşinyan və komandasının heç bir politoloqu, siyasi komandası və ya rəqibi tərəfindən deyil, həmin hökumətin əsas siması tərəfindən verilən ən obyektiv qiymətləndirməsidir, onsuz da hakimiyyət dəyişikliyindən sonrakı Ermənistanda heç nə baş verməyib.

Vanetsyanın bundan artıq hər hansı başqa bir şey deməsi mümkün deyil, amma bu istefa Ermənistanda ciddi dəyişikliklərin və yeni ifşa olmaların başlanğıcı olacağına zəmanət verir.

Nə qalmaqallı həbslər, yüzlərlə “inqilabi” nailiyyətlər, nə də qoyunçuluqla bağlı canlı yayımlar Ermənistanda qızışan daxili siyasi hadisələrə artıq mane ola bilməz.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Vanetsyan  

Ermənistan MTX rəisi “Pandoranın qutusunu” açdı

2019/09/15366-1568709337.jpg
Oxunub: 834     14:49     17 Sentyabr 2019    