PA rəsmisi: "Azərbaycan KТМТ-yə hər hansı bir status üçün müraciət etməyib"

2019/05/41482-1557828329.jpg
Oxunub: 6008     12:35     17 Sentyabr 2019    
Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına hər hansı bir status üçün müraciət etməyib və gündəliyimizdə bu əsnada hər hansı müzakirə aparılmır.

Ordu.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev "Əsrin müqaviləsi"nin imzalanmasına dair keçirilən seminarda deyib.

H.Hacıyev vurğuluyıb: "Azərbaycan müraciət etməsə də, Ermənistan tərəfi özünün fobiyalarından və komplekslərindən çıxış edərək hər bir məsələni diplomatik çərçivədən də kənar bir şəkildə müzakirə etməyə cəhd göstərir".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   KTMT  


Bizi "telegram"da izləyin