Ermənistan NATO-ya görə Gürcüstanda “Cavaxetiya kartı”nı işə salacaq - AÇIQ TƏHDİD

2019/01/Achal-1547629137.jpg
Oxunub: 11528     13:23     17 Sentyabr 2019    
“Gürcüstanın NATO-ya üzv olması təqdirdə, erməni etnosu türk qoşunlarının orada mövcudluğuna dözməyəcək”

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu “Cavaxk” vətənpərvər birliyinin sədri, Ermənistanın Respublikaçılar partiyasının üzvü Şirak Torosyan bildirib.


Son həftələrdə baş vermiş hadisələrlə bağlı müxtəlif təhlillər edilir. Bu məsələlər arasında Cavaxetiyanın (Samtsxe-Cavaxeti-red.) adı məsələsi də var.

Müxtəlif şərhçilər bildirir ki, Gürcüstanın NATO-ya üzvlüyündən sonra bölgədə türk qoşunları yerləşdirilə bilər və bu baş verəcəyi təqdirdə Cavaxetiya erməniləri müstəqillik tələbi çıxış edəcəklər.

“Gürcüstanın NATO-ya üzvlüyü qlobal problemdir. Yeni Rusiya-NATO qarşıdurması ehtimalı ortaya çıxacaq və Rusiya-Gürcüstan əlaqələrinin gərginləşməsi müşahidə olunacaq. Lakin türk qoşunlarının təmsil edilməsi tamamilə başqa platformada nəzərdən keçirilir”, - deyə deputat qeyd edib.

Onun sözlərinə görə, əlbəttə, Gürcüstanın öz problemləri mövcuddur və NATO-ya üzv ola bilər.

“Lakin hər hansı vəziyyətdə erməni etnosu türk qoşunlarının orada mövcudluğuna dözməyəcək”, - deyə Torosyan əlavə edib.

Şirak Torosyan daha sonra qeyd edib ki, erməni separatizmini proqnozlaşdırmır, lakin türk qoşunlarının ərazidə yerləşdiriləcəyi təqdirdə ciddi üsyan olacaq.

“Mən buna şübhə etmirəm”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-Gürcüstan   Cavaxetiya   Separatizm   Terror  


Bizi "telegram"da izləyin