“Vanetsyan Paşinyandan zabit şərəfinə uyğun olmayan təlimatlar alıb”

2019/09/Stepa-1568703944.jpg
Oxunub: 23484     11:57     17 Sentyabr 2019    
“Vanetsyan əslində deyir ki, Paşinyandan zabit şərəfinə uyğun olmayan təlimatlar alıb”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan öz “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, Ermənistandakı hər hansı hadisəyə görə Paşinyanla bərabər “İşıqlı Ermənistan” da məsuliyyət daşıyır.

“Milli Təhlükəsizlik Xidmətinin direktoru istefa verdi. İstefada səbəblər haqqında açıq şəkildə deyilir.

Bütün bunların zabit şərəfi ilə heç bir əlaqəsi yoxdur. Milli Təhlükəsizlik Xidməti və Polis hər hansı mənada “ənənəvi” strukturlardır. Onların yazılmamış daxili qanunları və davranış qaydaları var. Bu strukturda az-çox zabitlər işləyir, lakin hər halda onların “zabit şərəfi” anlayışı var.

Vanetsyan isə əslində deyir ki, Paşinyandan zabit şərəfinə uyğun olmayan təlimatlar alıb. Bu, “vətənə qarşı borcu” təhlükə altına alır və ictimai qaydada onun haqqında məlumat verir. Paşinyan nə etməlidir? Onun bir variantı var - bu vəzifələrə aşırı yüklənməmiş insanları təyin etmək. Ona “gözlənilməz” qaydada “müstəqil”, “müxalif” “İşıqlı Ermənistan” fraksiyası köməyə gəlir və qanun lahiyəsini təqdim edir. Bu qanun lahiyəsi ilə həmin strukturların rəhbərləri siyasi rəsmilər olur.

“İşıqlı Ermənistan” da Paşinyanla birlikdə Ermənistadakı gələcək dəyişikliklərin cavabdehliyini daşıyır”, - deyə erməni politoloq bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MTX   Qalmaqal  


Bizi "telegram"da izləyin