Ermənistan MTX rəisi nə üçün istefa verib və onu kim əvəz edəcək?

2019/09/VAxar-1568702463.jpg
Oxunub: 1009     11:12     17 Sentyabr 2019    
Ermənistan hakimiyyəti Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsinə Ermənistanın sabiq Müdafiə naziri Vağarşak Harutyunyanı təyin etmək istəyir.

Ordu.az xəbər verir ki, erməni KİV-lərində bununla bağlı məlumatlar əldə edib.

Belə ki, Ermənistan prezidenti Armen Sarkisyanın sərəncamı ilə general-leytenant rütbəsi Vağarşak Harutyunyana geri qaytarılıb. O, bu rütbədən 2002-ci il iyulun 22-də Köçəryanın sərəncamı ilə məhrum edilib.

Xatırladaq ki, dünən Artur Vanetsyan Ermənistan MTX-nin direktoru vəzifəsindən istefa verməsi ilə bağlı bəyanat verib.

Məlumata görə, Ermənistan MTX direktoru və Paşinyan bir neçə gün bundan öncə olduqca vacib söhbət edib. Paşinyan Vanetsyana deyib ki, MTX Köçəryan, Sarkisyan, Ermənistan Konstitusiya Məhkəməsinin sədri və hakimlərə qarşı materiallar toplamalıdır, lakin Vanetsyan bundan imtina edib.

Vanetsyan deyib ki, belə davam etmək mümkün deyil. Paşinyan isə buna cavab olaraq Vanetsyanı əvvəlkilərə tərəf işləməkdə ittiham edib.

Vanetsyan da bildirib ki, artıq Paşinyanın bu və ya digər təlimatlarına görə çoxlu sayda qanun pozuntuları baş verib və belə bir addım atmağa hazırlaşmır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   MTX   Qalmaqal  

Ermənistan MTX rəisi nə üçün istefa verib və onu kim əvəz edəcək?

2019/09/VAxar-1568702463.jpg
Oxunub: 1010     11:12     17 Sentyabr 2019    