Bu barədə
Ordu.az "TASS" agentliyinə istinadən xəbər verib.
O, Səudiyyə Ərəbistanının "Saudi Aramco" dövlət neft şirkətinin infrastrukturuna edilmiş dron hücumlarına görə İranın məsuliyyət daşıdığını vurğulayıb.
Belə ki, Tramp jurnalistlərin Səudiyyə neft emalı zavodlarına edilən hücumların arxasında İranın olub-olmaması ilə bağlı sualı cavablandırarkən belə deyib: "Bu, belə görünür".
ABŞ prezidenti bu məsələnin hazırda araşdırıldığını bildirib.
Tramp, həmçinin İrandan fərqli olaraq ABŞ-ın daha hazırlıqlı olduğunu vurğulayıb: "Bütün bunları nəzərə alaraq, mütləq bu qarşıdurmanın qarşısını almaq istərdik".
Qeyd edək ki, şənbə günü gecə Səudiyyə Ərəbistanındakı iki neft emalı zavoduna pilotsuz təyyarələrdən (PUA) hücum edilib. Nəticədə dünyanın ən böyük neft ixracatçısı və üç ən böyük neft istehsalçılarından biri olan ölkənin hasilatını yarıdan çox (gündəlik 9,8 milyon səviyyəsindən 5.7 milyon barel) azaldıb.
Sevinc Əliyeva
Ordu.az