Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan Ermənistan MTX direktorunun istefasını şərh edərkən bildirib.
Politoloq Vanetsyanın bəyanatına istinad edərək bildirib ki, o, bir zabit kimi əsassız, ziddiyətli, dövlətin maraqlarına qarşı olan təlimatları yerinə yetirmək istəmir.
Danielyan daha sonra əlavə edib ki, Paşinyan tərəfindən bu kimi bəyanatlar hər zaman səslənib. Politoloq nümunə olaraq məhkəmələrin bağlanmasını xatırladıb.
“Bu, cəfəngiyat idi. Bununla bağlı gələcəkdə cinayət işi də açıla və çoxlu sayda təlimatlar ola bilər. İndi mənə elə gəlir ki, güc strukturlarının asfalta uzatmaq təlimatı və digər məsələlərin hamısı cinayət işləridir. Vanetsyan artıq bütün bunları öz üzərinə götürmək istəmir”, - deyə o qeyd edib.
Danielyan kiçik ehtimal da olsa hesab edib ki, Paşinyan Vanetsyanın cəmiyyətdə yüksək reytinqinin artmasına görə onu istefa verməyə məcbur edib.
Alpər Mövludoğlu
Ordu.az