Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Paşinyan bu vəzifəyə dostu Vahe Qazaryanı təyin etmək niyyətindədir.
Qazaryan Ermənistan Polis qoşunlarının komandanı və Polis rəisi müavini vəzifəsini icra edir.
O, bu vəzifəyə 22 may 2019-cu ildə, Tavuşdakı aprel hadisələrindən sonra təyin olunub.
Erməni mətbuatında başqa bir adın – Ermənistanın keçmiş Müdafiə naziri Vağarşak Harutyunyanın da bu vəzifəyə təyin ediləcəyi ilə bağlı xəbərlər yayılıb.
Alpər Mövludoğlu
Ordu.az