Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Paşinyan bugünkü mətbuat konfransı zamanı bildirib.
"Milli Təhlükəsizlik Xidmətinin direktorunun vəzifəsindən azad olunması barədə ərizəsini imzalamışam və Ermənistan prezidenti müvafiq sərəncamı bir-iki gün ərzində imzalayacaq", - deyə Paşinyan bildirib.
Məlumata görə, az öncə Ermənistan prezidenti sözügedən istefa barədə sərəncamı imzalayıb.
Qeyd edək ki, Artur Vanetsyan bu vəzifəyə 2018-ci ilin mayın 10-da təyin olunmuşdu.
Alpər Mövludoğlu
Ordu.az