Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın fövqəladə və səlahiyyətli səfiri Arman Melikyan bildirib.
Onun sözlərinə görə, Rusiya Azərbaycanın KTMT ilə mümkün qədər sıx əməkdaşlığında maraqlıdır və müşahidəçi statusu növbəti mərhələdə üzv olmaq məsələsində ilkin addım ola bilər.
“Azərbaycanın müşahidəçi statusu alması məsələsində ilk növbədə nəzərə almalıyıq ki, rəsmi Bakı növbəti mərhələdə KTMT-nin tam üzvü ola bilər. Bu halda isə Qarabağ təşkilatın qalan üzvləri üçün həmin təşkilatın birbaşa əməliyyat sahəsində ortaya çıxacaq və rəsmi Bakının tələbi ilə xüsusi hərbi əməliyyatın hədəfinə çevrilə bilər”, - deyə Melikyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az