Müdafiə naziri: ““TurAz Qartalı-2019” təlimləri çox yüksək səviyədə keçdi”

2019/06/12003-1559568681.jpg
Oxunub: 22689     13:38     16 Sentyabr 2019    
“TurAz Qartalı” çox mühüm bir tədbirdir. Bu təlimlər yüksək səviyyədə keçdi”.

Ordu.az xəbər verir ki, bunu Müdafiə naziri, general-polkovnik Zakir Həsənov “Real TV”yə müsahibəsində deyib.

“Xüsusi qeyd etmək istəyirəm ki, Türkiyə Silahlı Qüvvələri, onun Hava Qüvvələri çox güclü bir qoşun növüdür və onların döyüş hazırlığı, qabiliyyəti, gücünü Suriyada və İraqda terrorla mübarizədə göstərdi. Yəni, Türkiyə Silahlı Qüvvələri öz gücünü dünyaya nümayiş etdirdi. Təbii ki, döyüşlər vaxtı Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti böyük təcrübə toplayıb. Yeni döyüş üsullarından istifadə olunub, yeni silahlara qarşı mübarizə aparıb, yeni silahlar tətbiq edib və bu yenilikləri təbii ki, təcrübə toplayaraq Azərbaycan ordusu, Aərbaycan pilotları ilə bölüşməsi çox önəmli idi. Hərbi Hava Qüvvələrinin komandanı mənə məruzə elədi ki, bu təlimlər vaxtı yüksək səviyyədə bütün bu məsələlərə baxılıb, icra olunub”.

General-polkovnik qeyd edib ki, əgər bu təlimləri təhlil etsək, hansı məsələlərin icra olunduğunu görə bilərik.

“Birincisi, təcrübəli Türkiyə pilotları bizim Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə qoşunlarına qarşı fəaliyyət göstərib. Bu çox önəmlidir və mənə məruzə olundu ki, bizim Hava Hücumundan Müdafiə qoşunları çox yüksək peşəkarlıq nümayiş etdirib və ümumyyəltə Azərbaycan hava məkanını qoruya bilib. Təsəvvür edin ki, dünyanın ən təcrübəli piltoları hücum edir və bizim Hava Hücumundan Müdafiə qoşunları bunu dəf edir. Bu çox önəmlidir.

İkinci məsələ, qərargahların fəaliyyələrin uzlaşması. Gələcək tədbirlərdə bu qərargahlar, qərargah zabitləri birgə planlaşdıra bilər və əməliyyatlar həyata keçirə bilər.

Üçüncüsü, birgə uçuşlar. Bizim pilotlarla Türkiyə Silhalı Qüvvələrinin pilotları qarşılıqlı əlaqədə birgə uçuşlar həyata keçirir və havada döyüşlər təşkil edir.

Digər məsələləri mən burda deyə bilmirəm. Yəni, bu artıq sirrdir. Ancaq sizə deyim ki, mən bu təlimləri yüksək qiymətləndirirəm, mən bu təlimlərin nəticələrini yüksək qiymətləndirirəm və mən demək istəyirəm ki, bu təlimlər Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş qabiliyyətinin arıtırlmasına xidmət edir”, - deyə Müdafiə naziri bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TurAz-Qartalı   Təlim   HHQ  


Bizi "telegram"da izləyin