Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu rus hərbi ekspert Aleksandr Xramçixin bildirib.
Onun sözlərinə görə, əgər bütün üzv ölkələrin razılığı olmadan qərar qəbul etmək mümkün olsaydı, o zaman belə bir qərar qəbul edilərdi, çünki qərarın gecikməsi həmin stuktura ziyan vurur.
“Əslində, Ermənistandan başqa bütün ölkələr istəyirdilər ki, problem bir an öncə həll olunsun. Lakin problem təxminən bir il sonra hər kəs razılıq verəndə həll edildi. Bütün qərarlar bu cür qəbul olunur. Güman edirəm ki, erməni tərəfi əvvəlcədən belə bir perspektivin ola bilməyəcəyinə əmin idi və bu kimi perspektivə icazə verməməyi anlayaraq həmin dəyişiklikləri ratifikasiya etməyə razılaşdı. Rusiya-Azərbaycan hərbi-texniki münasibətləri kifayət qədər yaxşı məcradadır. Düşünürəm ki, nə Rusiya, nə də Azərbaycan, xüsusilə Ermənistan amilini nəzərə aldıqda bu məsələ barədə düşünmür”,- deyə Xramçixin bildirib.
Alpər Mövludoğlu
Ordu.az