Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, ömürlük həbs edilmiş (23 il 8 aydır həbsdədir) Aşot Manukyanın yaxınları Ermənistan hökimət binası qarşısında etiraz aksiyasi həyata keçirilər.
Onun qardaşı jurnalistlərlə söhbəti zamanı bildirib ki, Aşot həbsxanadan çıxmaq üçün bu 24 il ərizndə hər şey edib, günahını boynuna alıb və peşmandır.
Qeyd edilən şəxsin yaxınları onun həbsdən çıxması üçün Ermənistan Baş naziri Nikol Paşinyana və Ədliyyə nazirinə müraciət edib.
"Avropa Məhkəməsi gələnə qədər etiraz edəcəyik", - deyə onlar bildiriblər.
Xatırladaq ki, Aşot Manukyan 1996-cı ildən həbsdədir. O, ikisi qardaş olmaqla ümumilikdə üç hərbi qulluqçunu öldürməkdə ittiham edilib. Manukyan əvvəlcə ölüm cəzasına məhkum edilib, lakin 2003-cü ildə Ermənistanın sabiq prezidenti Robert Köçəryanın göstərişi ilə onun cəzası ömürlük həbslə əvəz olunub.

Alpər Mövludoğlu
Ordu.az