Hazırda Ermənistan Ədliyyə Nazirliyinin "Məhkumlar Xəstəxanası"nda olan məhkum, əvvəllər dörd dəfə ittiham edilmiş şəxs, sağlamlıq problemləri ilə bağlı olaraq bir dəfə "aktirovka" olmuş Vrej Vardanyan MTX-nin müstəntiqi A. Hovhannisyan tərəfindən 497 nömrəli ofisdə dindirilib.
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Vardanyan vəkildən imtina etməklə və sosial cəhətdən müdafiəsiz olmaqla vəkilsiz ifadə verib.
Vardanyan Ermənistan MTX-də hərbi çağırışçıdan qəsbkarlıq işi üzrə dindirilib, lakin qəsbkarlığı bu günə qədər də qəbul etməyib. Cinayət işinin ilkin istintaqı bu gün davam edir, iş hələ məhkəməyə çatmayıb.
Məlumatlara görə, Hərbi Xidmətə Çağırış Komissiyasının sədri də baş vermiş cinayət işi üzrə istintaqa cəlb olunub.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan
Hərbi-çağırış
Korrupsiya