Ordu.az xəbər verir ki, bu barədə erməni politoloq Qaqik Hambaryan öz "Facebook" səhifəsində yazıb.
"Ermənistan Azərbaycanın KTMT-də üzv olmasına tərəfdardır?
Azərbaycan KİV-ləri Ermənistan parlamentinin "Mənim Addımım" ittifaqının deputatı Viktor Yenqibaryanın sentyabrın 10-da parlamentin iclası zamanı səsləndirdiyi "Ermənistan və Azərbaycanın KTMT-yə üzv olması Ermənistana bəlkə də fayda verəcək..." fikrindən sitat gətirirlər. Bu, Türkiyə və Yunanıstanın NATO tərkibində olmasına nümunə kimi gətirilir.
Təəccüblüdür ki, cənab Yengibaryanın türk-yunan münasibətləri ilə bağlı bu cür yanlış məlumatı haradandır? Cənab Yengibaryana xatırladım ki, KTMT-də müşahidəçi və ya üzv olmaqla Azərbaycan Ermənistana düşmən ölkə kimi baxmağı heç vaxt dayandırmayacaq...
Cənab Yengibaryana məsləhət verəcəm ki, öz ifadələrində təmkinli olsun, Azərbaycanın hər hansısa formatla KTMT-də olması, Ermənistanın bundan fayda alması və yeni yanaşmanın təqdim edilməsi ilə bağlı beynəlxalq əlaqələrdən diletant "bilikləri" istifadə etməsin...
Xatırladım ki, rəsmi Bakı Azərbaycanın KTMT-də müşahidəçi və ya üzv olmasına Ermənistanın hansı mövqe bildirəcəyini anlamağa çalışır...Təəssüf ki, inqilabi hakimiyyət anladığım qədər bu mövzuda fərqli olmağa çalışır və fəlakətli nəticələrin olacağına əminəm...", - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az