“Paşinyanın alternativi güc strukturları olmaqda qalmağa davam edəcək” (SSENARİLƏR)

2019/09/00-33-1568365307.jpg
Oxunub: 403     14:47     13 Sentyabr 2019    
“Dünya tarixindəki inqilabların sona çatması və ya çətinliklə bitməsi vərdişləri vardır. Çox vaxt hər kəs inqilabın bitdiyini düşünür, amma gəlib görürsən ki, inqilab nəinki bitməyib, hətta yeni başlayır. Sanki Ermənistandakı inqilab isə burulğana qərq olub”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni tarixçisi Karpis Paşoyan bildirib.

Onun sözlərinə görə, Paşinyan uzaqlaşdıqdan sonra revanş məqamı gözləyən qüvvələrin hakimiyyətə gələcəyini düşünmək olmaz.

“Bu bir azıb qalmaq yoludur, son zamanlar elə xalqı bu kimi səmərəli üsulları tətbiq etməklə rüh düşkünlüyünə salmaq istəyirlər. Qeyd edilir ki, Sarkiysan, Köçəryan resurslarının hakimiyyətə gəlmə imkanı daha yoxdur. Hər ikisinin darmadağın edilmiş və tarixin xarında atılmış xadimlər olduğu vurğulanır. Müəyyən mülahizələrdən öncə qeyd etmək lazımdır ki, Ermənistanda hələ də inqilabdan sonrakı enerji toplama fazası davam edir, bunun nə vaxtadək davam edəcəyi isə hələ məlum deyil. belə bir təəssürat yaranıb ki, inqilabın başa çatdığı haqqında siqnal verilərkən kobud bir səhvə yol verilib. Sanki yeni mərhələ yetişir”, - deyə o qeyd edib.

O bildirib ki, deyilənlərlə bağlı əks inqilab edilməsi yalnız hakimiyyət daxilində baş verə biləcəyi gözlənilən və ehtimal ediləndir.

“Söhbət idarə edən komanda yox, məhz hakimiyyət deyilən güc strukturlarından gedir. Təəssüf ki, indiki məqamda və yaxın bir neçə il ərzində heç bir siyasi qüvvə hakimiyyəti təhvil almağa qadir deyil. Paşinyanın alternativi güc strukturları olmaqda qalmağa davam edəcək”, - deyə Paşoyan qeyd edib.

O, belə olan halda 3 mümkün ssenarini gözdən keçirir.

“Birincisi, Paşinyan hakimiyyətdən uzaqlaşır və ya uzaqlaşdırılır. İdarəetmə sükanını həddindən artıq böyük nüfuza və hörmətə malik olan, futbol həvəskarı, hakim MTX-çi qəbul edir. Bu, sözün həqiqi mənasında əks-inqilabi ssenaridir, çünki Ermənistan avtoritarizm olan çökmüş təsvirinə qayıdacaq. Ancaq Serj Sarkisyanın sistemi ilə müqayisədə bu, daha çox geri qalmış olacaq, hətta banan statusunda olacaq.

İkincisi Paşinyan, hakimiyyəti ordu komandirlərindən hər hansı birinə güzəştə gedərək uzaqlaşır və ya uzaqlaşdırılır. Komandir inqilabdan sonra baş qaldıran fırtınanı və emosional partlayışı yatıracaq möhkəm qola çevriləcək. Nəhayət bu versiyada, avtoritarizmə çevriləcək (erməni Pinoçeti olacaq).

Ermənistandakı zəif və incə demokratiyadır. Hər an bu demokratiyanın avtoritarizmə çevrilmə perespektivi var. Amma istənilən halda indiki məqamda, baş nazirin təklif etdiyi alternativ budur. Yəni, əgər xalq Paşinyandan uzaqlaşarsa, məntiqli şəkildə bunu prespektivsiz və zərərli mövcud olma əlaməti kimi nəzərədən keçirməklə demokratiya perepektivindən də uzaqlaşmış olacaq.

Üçüncüsü, Paşinyan nə uzaqlaşmır, nə də uzaqlaşdırılmır. Əksinə ağlını başına toplayır, daxilindəki səriştəsizlik və bacarıqsızlığa qərar verir, qeyri-müəyyənliyi dəf edir”, - deyə erməni tarixçi bildirib.

O qeyd edib ki, Paşinyan başa düşmür ki, bu adi üsyan yox, tədricən artan alovdur.

“Bu daim yeni ərazilər əhatə etməklə genişlənəcək, nəhayət hökumət binasına yetişəcək. Ancaq istənilən halda kimsə ona başa salmalıdır ki, yaranmış məqam olduqca təhlükəlidir. Mənə elə gəlir ki, Paşinyan vəziyyətin ciddiliyini bir o qədər də dərk etmir. Əks halda bir ay ərzində Amulsar mədəni ilə bağlı mövqeyini 3 dəfə dəyişməzdi. Hazırda baş nazir 4-cü dəfə mövqeyini dəyişmək barədə düşünür”, - deyə o qeyd edib.

Tarixçinin sözlərinə görə, Paşinyan üçün hazırda ən əlverişli məqam 3-cü haldır.

“Baş nazir kəmərləri sıxmalı həm özünü, həm də bütün idarəetmə sistemini qaydaya salmalıdır. Çünki ümumi dövlət marağı, onun taleyi oyun masasına qoyulub. Yeri gəlmişkən, 2-ci və 3-cü ssenarilər həyata keçərkən, xarici təsirlər kənarda qala bilməz”, - deyə Paşoyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Böhran  

“Paşinyanın alternativi güc strukturları olmaqda qalmağa davam edəcək” (SSENARİLƏR)

2019/09/00-33-1568365307.jpg
Oxunub: 406     14:47     13 Sentyabr 2019    