Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, “Mənim addımım” fraksiyasının bütün deputatlarına qarşı həm parlament, həm də parlamentdənkənar qüvvələr tərəfindən böyük “verbovkalar dövrü” başladılıb.
“Mənim addımım” fraksiyasının köklərində olan, İdarə Heyətinin üzvü seçilməmiş “Yerkrapah” hərbi təşkilatının sədri Sasun Mikayelyan və Qaqik Tsarukyanın əlaqələri isə gündən-günə daha da istiləşir.
Məlumata görə, “Mənim addımım” fraksiyasında “əvvəlkilər” tərəfindən öncədən 25 ədəd “mina” qoyulub və onlar bu “minaları” zəruri halda “partladacaqlar”.
Alpər Mövludoğlu
Ordu.az