Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan SQ Baş Qərargah İnzibati Aparatının informasiya şöbəsinin rəisi Samvel Asatryan bildirib.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Hovhannisyan isə iddia edir ki, 3-4 gün üçün 43 dəfə atəşkəs pozuntusu olduqca aşağı saydır.
“Bu rəqəmlər real olaraq minimal saylardır ki, bəzi şeylərlə razılığa gələk. Yəni, elə bir gün yoxdur ki, bu minimumlar olmasın, buna görə də normal vəziyyətdir”,- deyə cəbhə xəttindəki son vəziyyətlə bağlı Hovhannisyan bildirib.
Hərbi ekspert Karen Vrtanesyan yaranmış son vəziyyət haqqında şərh vermək istəməyib və bildirib ki, hökümətin həqiqətən də real pozuntuları təqdim etməsindən əmin deyil.
Alpər Mövludoğlu
Ordu.az