Erməni politoloq: “Faktiki olaraq Rusiya Paşinyanı Ermənistanın baş naziri kimi tanımır ”

2019/09/timth-1568360598.jpg
Oxunub: 274     14:40     13 Sentyabr 2019    
“Artıq Paşinyanın reytinqinin aşağı düşdüyü nəzərəçarpan olduğuna görə, vaxtından əvvəl baş nazir vəzifəsindən getməsi ehtimal olunur. Rusiya hazırda Ermənistan ictimaiyyətinin siyasi cəhətdən fəal hissəsinin münasibətinə diqqət yetirməyə çalışır. Bu məqsədlə müxtəlif adlar dövriyyədədir. Aydındır ki, Tiqran Sarkisyana qarşı daha çox mənfi mövqe mövcuddur. Karen Karapetyanın adı nisbətən müsbət hallanır”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni politoloq Armen Badalyan bildirib.

Onun sözlərinə görə, faktiki olaraq Rusiya artıq Paşinyanı Ermənistanın baş naziri kimi tanımır və Ermənistanda yeni, daha çox proqnozlaşdırıla bilən hakimiyyət qurmaq istəyir.

“Kimsə hakimiyyət formalaşdırmaq niyyətində olursa, o, köhnələrə yox, yenilərə üstünlük verir. Tiqran Sarkisyan köhnədir, həm də çoxdan yaddan çıxmış biridir. Köçəryana isə bel bağlamaq olmaz. Artıq o, unudulmuş namizəddir. Sarkisyana gəldikdə isə onun namizədliyi istisna olunur, çünki Rusiya üçün Paşinyan kimi Sarkisyan da arzuolunmazdır. Məhz Serj Sarkisyanın vaxtında Rusiya seçim qarşısında qalaraq Paşinyanı qəbul etməli oldu. Buna görə də Serj Sarkisyanın adını Rusiyada eşitmək istəmirlər. Rusiya üçün arzuolunmaz 2 namizəddən biri fəaliyyətdə olan baş nazir, digəri Serj Sarkisyandır”, - deyə politoloq qeyd edib.

Onun sözlərinə görə, Paşinyanın yüksək, aşağı, orta legitimlik ehtiyatının olması xarici siyasi oyunçulardan heç kimi maraqlandırmır.

“100-110, yaxud 0% legitimliyə sahib olmasından asılı olmayaraq, bu heç kimi maraqlandırmır. Siyasətdəki bu legitimlik daxili piar kampaniyası üçün nəzərdə tutulub. Daxili fayda üçün sadə olan halların real siyasətdə əhəmiyyəti yoxdur”, - deyə Badalyan bildirib.

O, 2018-ci ildə Rusiyanın proqramlarına daxil olan və Sarkisyan hakimiyyətinin Paşinyana yox, Karapetyana verilməsini nəzərdə tutulduğunu vurğulayıb.

Sarkisyanın yeznəsi Mikayel Minasyanın son zamanlar olduqca fəallaşması və deyilənə görə siyasi partiya yaratması məsələsinə toxunarkən qeyd edib ki, Minasyan-Sarkisyan tandemi ayrı-ayrılıqda nəzərdən keçirilmir.

“İkincisi Minasyan Sarkisyandan ayrılmaq niyyətində deyil. Əksinə son zamanlar ölkəni idarə edə bilmədiyinə dair Paşinyana ismarıc da göndərib. Bundan sonra Paşinyan Sarkisyanın qardaşına 250 milyon dram vergi cəriməsindən yayınma işini yükləyərək, cinayət işi açıb. Bu o deməkdir ki, Paşinyan hakimiyyətin təhvil verilməsi haqqında razılaşmanın ləğv olunması ilə bağlı Minasyanın təklifini rədd edib”, - deyə Badalyan qeyd edib.

Ermənistandakı siyasi partiyaların qeyri-fəal olması, Levon Ter Petrosyanın 4 aydan bir müsahibə verərkən ortaya çıxması ilə bağlı suala cavab verən Badalyan bildirib ki, bu məsələ çox köhnə problemdir.

“Aktiv partiya fəaliyyəti həyata keçirmək üçün 2 vacib amil tələb olunur. Bunlardan biri kifayət qədər çox pul və digəri müvafiq mütəxəssislərdir. Əgər partiyanın pulu yoxdursa, mütəxəssislər kirayələyə bilməz. Bunu edə bilmədiyi halda isə partiya xadiminə çevrilə bilməz”, - deyə politoloq qeyd edib.

Onun sözlərinə görə, Ermənistanda partiyanın nə olduğunu bilmirlər.

“Ermənistanda hesab edirlər ki, partiya erməni parlamentində qanun yazmaq üçün, yaxud mandat əldə etmək üçün zəruridir”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-Rusiya   Paşinyan   Böhran  

Erməni politoloq: “Faktiki olaraq Rusiya Paşinyanı Ermənistanın baş naziri kimi tanımır ”

2019/09/timth-1568360598.jpg
Oxunub: 275     14:40     13 Sentyabr 2019    