25 il əvvəl itkin düşmüş erməni əsgərin anası etiraza başlayıb - VİDEO

2019/09/Caxik-1568357924.jpg
Oxunub: 287     11:57     13 Sentyabr 2019    
25 il əvvəl işğal altında olan Qarabağda müddətli hərbi qulluqçu kimi xidmət etmiş düşmən əsgəri itkin düşüb. Bu illər ərzində itkin düşmüş əsgərin ailə üzvləri onun barəsində hər hansı məlumat almayıblar.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu itkin düşmüş erməni əsgər A. Sağoyanın anası Tsağik Safaryan oğlunun axtarılması və geri qaytarılması tələbi ilə Ermənistanın hökumət binası qarşısındakı aksiyası zamanı bildirib.

Onun sözlərinə görə, oğlu Xocalıda qulluq edib, 1995-ci ildə atası oğlunu görmək üçün hərbi hissəyə getsə də, oradan həmin əsgərin Əsgərana göndərildiyi bildirilib.

“Ata Əsgərana gedir, bağlamanı hərbi hissədə qoyur və cəld çıxır. Evə gəldikdən bir gün sonra bizə zəng edərək deyirlər ki, cəld hərbi hissəyə gedək. Biz də dedik ki, nə baş verib? Çünki bir gün əvvəl yoldaşım orada olub. Oktyabr ayında oğluma yenidən bağlama göndərdim, lakin bağlamanı məktubla birlikdə geri göndərdilər. Məktubda qeyd edilirdi ki, oğlunuz bir ay əvvəl hərbi hissədən yoxa çıxıb və azərbaycanlılara əsir düşüb. Əgər oğlum oktyabrın 12-dən əsir düşmüşdüsə, nə üçün oktyabrın 10-da göndərdiyim bağlama ona çatmayıb?”, - deyə Safaryan etiraz edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

25 il əvvəl itkin düşmüş erməni əsgərin anası etiraza başlayıb - VİDEO

2019/09/Caxik-1568357924.jpg
Oxunub: 288     11:57     13 Sentyabr 2019    